QR CodeQR Code

Səudiyyə Ərəbistanında terror hücumları iddiası adı altında bir türk həbs olunub

9 Nov 2014 16:39

IslamTimes - Səudiyyə rejim polisi Əl-Əhsa rayonunda yaşanan terror aktı ilə bağlı olduğu iddia edilən bir türkü nəzarət altına aldığını açıqlayıb.


Səudiyyə rejiminin Əl-Vətən qəzetinin xəbərinə görə, təcavüzkarları tapa bilmək üçün Səudiyyə rejiminin polis qüvvələri araşdırmalarını davam etdirir. Xəbərdə həmçinin bildirilir ki, iddialara görə axtarışlar çərçivəsində rejim polisi bir türkü hadisədə şübhəli bilərək nəzarət altına alıb. Hal-hazırda biri türk, 26 nəfəri səudiyyəli olmaqla 27 nəfər həbs edilib. Səudiyyə rejimində eyni ittihamlar üzrə 3151 nəfər həbsdədir. Xatırladaq ki, Aşura günü, noyabrın 4-də Səudiyyənin Əl-Əhsa rayonundakı hüseyniyyədə əza məclisi keçirən şiələrə hücum edilib, hadisə nəticəsində 7 nəfər şəhid olub, 30-dan artıq insan yaralanıb. /Deyerler/


Story Code: 418705

News Link :
https://www.islamtimes.org/az/news/418705/səudiyyə-ərəbistanında-terror-hücumları-iddiası-adı-altında-bir-türk-həbs-olunub

Islam Times
  https://www.islamtimes.org