0
Sunday 9 November 2014 - 16:39

Səudiyyə Ərəbistanında terror hücumları iddiası adı altında bir türk həbs olunub

Story Code : 418705
Səudiyyə Ərəbistanında terror hücumları iddiası adı altında bir türk həbs olunub
Səudiyyə rejiminin Əl-Vətən qəzetinin xəbərinə görə, təcavüzkarları tapa bilmək üçün Səudiyyə rejiminin polis qüvvələri araşdırmalarını davam etdirir. Xəbərdə həmçinin bildirilir ki, iddialara görə axtarışlar çərçivəsində rejim polisi bir türkü hadisədə şübhəli bilərək nəzarət altına alıb. Hal-hazırda biri türk, 26 nəfəri səudiyyəli olmaqla 27 nəfər həbs edilib. Səudiyyə rejimində eyni ittihamlar üzrə 3151 nəfər həbsdədir. Xatırladaq ki, Aşura günü, noyabrın 4-də Səudiyyənin Əl-Əhsa rayonundakı hüseyniyyədə əza məclisi keçirən şiələrə hücum edilib, hadisə nəticəsində 7 nəfər şəhid olub, 30-dan artıq insan yaralanıb. /Deyerler/
Comment