QR CodeQR Code

Türkiyənin MOSSAD ilə heç bir əlaqəsi olmayacaq

26 Oct 2010 23:59

IslamTimes - Türkiyə kəşfiyyat idarəsi-Milli İstihbarat Təşkilatı, İsrail kəşfiyyat orqanı olan MOSSAD-la əlaqələrini tamamilə kəsdiyini bəyanlayıb


Faktxeberin Türkiyənin “SABAH” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə ilə İsrail rejimi arasında yaşanan son olaylar, iki ölkə arasında münasibətləri daha da gərginləşdirməkdədir. Artıq bu münasibətlərin nəticəsi olaraq iki tərəfli təhlükəsizlik tərəfdaşlıqları sona çatmaqdadır. Hələlik bu barədə İsrail tərəfi hər hansı bir açıqlama verməsə də, qeyri-rəsmi mənbələr Türkiyənin İsraillə olan təhlükəsizlik əlaqələrinin yox olduğunu bildirir.
Qeyd edək ki, Türkiyə höküməti NATO-nun bu ölkədə yerləşdirmək istədiyi raket əleyhinə müdafiə sistemi proqramına şərt qoyub. Şərt isə bundan ibarətdir ki, bu sistemdən əldə edilən məlumatalrın heç biri İsrailin ixtiyarına verilməyəcək.


Story Code: 41878

News Link :
https://www.islamtimes.org/az/news/41878/türkiyənin-mossad-ilə-heç-bir-əlaqəsi-olmayacaq

Islam Times
  https://www.islamtimes.org