0
Tuesday 26 October 2010 - 23:59

Türkiyənin MOSSAD ilə heç bir əlaqəsi olmayacaq

Story Code : 41878
Türkiyənin MOSSAD ilə heç bir əlaqəsi olmayacaq
Türkiyənin MOSSAD ilə heç bir əlaqəsi olmayacaq
Faktxeberin Türkiyənin “SABAH” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə ilə İsrail rejimi arasında yaşanan son olaylar, iki ölkə arasında münasibətləri daha da gərginləşdirməkdədir. Artıq bu münasibətlərin nəticəsi olaraq iki tərəfli təhlükəsizlik tərəfdaşlıqları sona çatmaqdadır. Hələlik bu barədə İsrail tərəfi hər hansı bir açıqlama verməsə də, qeyri-rəsmi mənbələr Türkiyənin İsraillə olan təhlükəsizlik əlaqələrinin yox olduğunu bildirir.
Qeyd edək ki, Türkiyə höküməti NATO-nun bu ölkədə yerləşdirmək istədiyi raket əleyhinə müdafiə sistemi proqramına şərt qoyub. Şərt isə bundan ibarətdir ki, bu sistemdən əldə edilən məlumatalrın heç biri İsrailin ixtiyarına verilməyəcək.
Comment