QR CodeQR Code

UNESCO Şeyx Səfinin məqbərəsini qeydə alır

IRIB , 28 Oct 2010 21:50

İslamtimes - İranda Ərdəbil vilayətinin Mədəni İrs , Əl İşləri və Turizmə İdarəsinin baş müdiri yaxın zamanlarda prezident Mahmud Əhmədinejadın iştirakı ilə Şeyx Səfyəddin Ərdəbilinin məqbərəsinin beynəlxalq abidə kompleksi kimi qeydə alınacağını bildirib.


Behruz Nedayi Mədəni İrs İdarəsinin işçi qrupunun toplantısında deyib ki , bu mərasim ehtimallara görə mübarək Qədir-Xum bayramı günlərində keçiriləcək və iqlim şəraitinə xatir, mərasim Rzazadə adına 6 min nəfərlik zalda təşkil olunmalıdır.

Onun sözlərinə görə , işçi qrupu Şeyx Səfinin doğum gününün ölkə təqviminə salınaraq onun ürfani şəxsiyyətinin təbliğ olunması kimi müvafiq tədbirlər keçiriləcəkdir.

Nedayi sonra Şeyx Səfyəddin Ərdəbili məqbərəsinin təqdimatı üçün ixtisasləşdirilmiş saytın açıldığını da qeyd edib.

Ərdəbil Mədəni İrs İdarəsinin baş müdiri həmçinin Şeyx Səfyəddin məqbərəsinin beynəlxalq qeydiyyatı mərasiminə qonşu vilayətlərin nümayəndələri , 30 İslam ölkəsinin səfirləri və İran İslam Şurası Məclisinin mədəniyyət komissiyasının üzvlərinin dəvət olunduğunu söyləyib.

O Şeyx Səfyəddin Ərdəbilinin məqbərəsinin qeydə alınmasını Ərdəbil tarixinin fəxri sayaraq deyib : Bu hadisə Ərdəbilin beynəlxalq səviyyədə etibarını yüksəldəcək.
Nedayi sonda sözü gedən mərasimdə Ərdəbil valisi , Ərdəbilin imam cüməsi , prezidentin müavini və Mədəni İrs Təşkilatının sədri , UNESCO-nun təmsilçisi və ölkə başçısının nitq söyləyəcəklərini vurğulayıb.


Story Code: 42068

News Link :
https://www.islamtimes.org/az/news/42068/unesco-şeyx-səfinin-məqbərəsini-qeydə-alır

Islam Times
  https://www.islamtimes.org