QR CodeQR Code

NATO-dan Qarabağ mesajı

24 Nov 2014 19:28

IslamTimes - Stoltenberq: "Qarabağ münaqişənin hərbi yolla həlli mümkün deyil"


NATO-un baş katibi Yens Stoltenberq Haaqada keçirilən NATO-un Parlament Assambleyasının iclasında Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisədən danışıb.
ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə o, noyabrın 12-də Dağlıq Qarabağ ərazisində baş verən hadisələrdən narahat olduğunu bildirib.
Y.Stoltenberq deyib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: "Bunun siyasi yolla həllindən başqa alternativi yoxdur. Mən NATO-nun bu məsələdə birbaşa rolunu görmürəm. NATO danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsi üzrə möhkəm sülh şəraiti yaratmaq üçün Minsk prosesini dəstəkləyir."


Story Code: 421255

News Link :
https://www.islamtimes.org/az/news/421255/nato-dan-qarabağ-mesajı

Islam Times
  https://www.islamtimes.org