QR CodeQR Code

Şok: Papa İŞİD-lə dialoq təklif etdi

26 Nov 2014 15:31

IslamTimes - Türkiyəyə səfərə hazırlaşan katolik dünyasının dini lideri Papa Fransisko qalmaqallı iddia ilə çıxış edib.


Axar.az xəbər verir ki, Papa İŞİD-lə dialoqa başlamağı təklif edib: “Hər nə qədər qeyri-mümkün görünsə də, İŞİD ilə dialoqa başlamaq lazımdır”.
Fransanın Strasburq şəhərində hava limanında jurnalistlərin suallarını cavablandıran Papa Fransisko danışıqlarda ümidini itirmədiyini qeyd edib: “Heç vaxt “ümid yoxdur” demərəm. Bəlkə də dialoq ehtimalı yoxdur. Amma bunu istisna etmək olmaz. Biz bir qapını bağlaya bilmərik”.
Xatırladaq ki, noyabrın 28-də Papa Türkiyəyə səfər edəcək.


Story Code: 421476

News Link :
https://www.islamtimes.org/az/news/421476/şok-papa-işid-lə-dialoq-təklif-etdi

Islam Times
  https://www.islamtimes.org