0
Wednesday 26 November 2014 - 15:31

Şok: Papa İŞİD-lə dialoq təklif etdi

Story Code : 421476
Şok: Papa İŞİD-lə dialoq təklif etdi
Axar.az xəbər verir ki, Papa İŞİD-lə dialoqa başlamağı təklif edib: “Hər nə qədər qeyri-mümkün görünsə də, İŞİD ilə dialoqa başlamaq lazımdır”.
Fransanın Strasburq şəhərində hava limanında jurnalistlərin suallarını cavablandıran Papa Fransisko danışıqlarda ümidini itirmədiyini qeyd edib: “Heç vaxt “ümid yoxdur” demərəm. Bəlkə də dialoq ehtimalı yoxdur. Amma bunu istisna etmək olmaz. Biz bir qapını bağlaya bilmərik”.
Xatırladaq ki, noyabrın 28-də Papa Türkiyəyə səfər edəcək.
Comment