QR CodeQR Code

ABŞ-da casusluğa imkan verən proqramın müddəti daha 90 gün artırılıb

10 Dec 2014 10:28

IslamTimes - ABŞ-da vətəndaşların şəxsi məlumatlarını toplamağa, habelə onların telefon danışıqlarını dinləməyə imkan verən proqramın müddəti 2015-c ilin fevralın 27-dək artırılıb.


APA-nın “Foreign Policy” jurnalına istinadən verdiyi məlumata görə, müvafiq qərar ABŞ xarici kəşfiyyatının işləri üzrə məhkəmə tərəfindən qəbul edilib.
ABŞ Nümayəndələr Palatası ötən ilin may ayında Milli Təhlükəsizlik Agentliyinin (MTA) sözügedən proqramına qadağa qoysa da, qanun hələ də qəbul edilməyib. Prezident Barak Obama mübahisəli kəşfiyyat sistemi ilə bağlı islahatları vəd etsə də, məsələ ilə bilavasitə məşğul olmayıb.
Qeyd edək ki, MTA-nın müvafiq proqramının müddəti il ərzində artıq dördüncü dəfə artırılır.
 


Story Code: 424647

News Link :
https://www.islamtimes.org/az/news/424647/abş-da-casusluğa-imkan-verən-proqramın-müddəti-daha-90-gün-artırılıb

Islam Times
  https://www.islamtimes.org