QR CodeQR Code

Üzərində “intihar kəməri” olan qız saxlanılıb

12 Dec 2014 10:08

IslamTimes - Nigeriya polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 13 yaşlı qızı saxlayıb.


APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qız bir neçə saat öncə iki partlayışın törədildiyi Kano şəhəri yaxınlığında xəstəxanada saxlanılıb. Məlumata görə, qızın üzərində “intihar kəməri” aşkarlanıb.  
Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında törədilən güclü partlayışlar məhz  kamikadze qızlar tərəfindən həyata keçirilib. Bu terror aktları “Boko Haram” qruplaşması ilə əlaqələndirilir. 


Story Code: 425140

News Link :
https://www.islamtimes.org/az/news/425140/üzərində-intihar-kəməri-olan-qız-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org