QR CodeQR Code

“Obama ABŞ hərbi büdcəsi üzərində nəzarəti itirir”

13 Dec 2014 16:11

IslamTimes - ABŞ Prezidenti Barak Obama hərbi büdcə üzərindəki nəzarəti itirir.


ABŞ Silahlı Qüvvələrinin Ali Hərbi Komandanlığı müxtəlif komitələrin koməkliyi ilə Pentaqon və Prezident Administrasyasının “başı üstündən” büdcənin məxaric hissəsini artırmağa nail olur.   
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, 2015-ci maliyyə ilinin yekun büdcə layihəsinə ABŞ ali hərbi rəhbərliyinin tələbilə çoxlu sayda silah alınmasına pul ayrılmasını da nəzərdə turur. Qeyd edək ki, bu məsələ bilavasitə Pentaqonla məsləhətləşdirilməyib. Nəticədə hərbi büdcənin xərcləri 3 milyard dollara çatıb. 
“Bu faktlar göstərir ki, ABŞ SQ-nin əvvəlki kimi özünün büdcəyə düzəliş layihələrini ABŞ Prezidenti Afministrasiyasından yan keçməklə effektiv şəkildə həyata keçirmək imkanı var. Bu, birinci dəfə deyil”, - bu fikri hərbi büdcə məsələləri üzrə ekspert Todd Harrison səsləndirib. 


Story Code: 425382

News Link :
https://www.islamtimes.org/az/news/425382/obama-abş-hərbi-büdcəsi-üzərində-nəzarəti-itirir

Islam Times
  https://www.islamtimes.org