QR CodeQR Code

Yəməndə iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb

19 Dec 2014 13:29

IslamTimes - Yəmənin qərbində törədilmiş iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb, daha 10 nəfəri isə yaralanıb.


APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, iki avtomobil terrorçu-kamikadzelər tərəfindən Husi hərəkatının  Xodeyda liman şəhərindəki mənzil-qərargahının yaxınlığında partladılıb.
Partlayışdan dərhal sonra üzərilərində partlayıcı qurğu olan bir neçə terrorçu-kamikadze husilərin mənzil-qərargahına soxulmağa cəhd edib. Lakin, hücum edən şəxslər husilər tərəfindən məhv edilib.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə “Əl Qaidə” ilə əlaqəli “Ənsar əş-Şəriə” terror qruplaşması öz üzərinə götürüb.


Story Code: 426742

News Link :
https://www.islamtimes.org/az/news/426742/yəməndə-iki-partlayış-nəticəsində-15-husi-üsyançısı-ölüb

Islam Times
  https://www.islamtimes.org