QR CodeQR Code

Rusiya NATO-nu təhdid etdi

25 Dec 2014 11:12

IslamTimes - Rusiya Müdafiə Nazirliyi adekvat cavab verməklə hədələdi


Rusiya NATO-nu münasibətləri tamamilə kəsməklə hədələyib.
ANS PRESS-in məlumatına görə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi Rusiya və Alyans arasında mövcud olan münasibətlərin tamamilə korlanmasına gətirib çıxaracaq.
"Korlanmış münasibətləri isə praktiki heç cür bərpa etmək mümkün olmayacaq. Ukrayna parlamentinin NATO-ya üzv olması ilə bağlı qərarı hələlik Rusiyanın təhlükəsizliyinə təhdid hesab edilmir.
Əgər Ukrayna NATO-ya üzv olsa, buna adekvat cavab verəcəyik", deyə Anatoli Antonov bildirib.


Story Code: 428015

News Link :
https://www.islamtimes.org/az/news/428015/rusiya-nato-nu-təhdid-etdi

Islam Times
  https://www.islamtimes.org