0
Thursday 25 December 2014 - 11:12

Rusiya NATO-nu təhdid etdi

Story Code : 428015
Rusiya NATO-nu təhdid etdi
Rusiya NATO-nu münasibətləri tamamilə kəsməklə hədələyib.
ANS PRESS-in məlumatına görə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi Rusiya və Alyans arasında mövcud olan münasibətlərin tamamilə korlanmasına gətirib çıxaracaq.
"Korlanmış münasibətləri isə praktiki heç cür bərpa etmək mümkün olmayacaq. Ukrayna parlamentinin NATO-ya üzv olması ilə bağlı qərarı hələlik Rusiyanın təhlükəsizliyinə təhdid hesab edilmir.
Əgər Ukrayna NATO-ya üzv olsa, buna adekvat cavab verəcəyik", deyə Anatoli Antonov bildirib.
Comment