QR CodeQR Code

ABŞ İordaniyaya məxsus hərbi təyyarənin “İŞİD” tərəfindən vurulduğunu təkzib edib

25 Dec 2014 11:30

IslamTimes - “İŞİD” terrorçu qruplaşmasının silahlıları İordaniyaya məxsus hərbi təyyarəni vurmayıblar, pilot qəza nəticəsində ekstremistlərin əlinə keçib.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Mərkəzi komandanlığı (CENTCOM) açıqlama yayıb.
“İordaniya hərbi-hava qüvvələrinə məxsus F-16 təyyarəsi Suriyanın şimalında Rakka şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot isə “İslam Dövləti” tərəfindən ələ keçirilib”, açıqlamada qeyd olunur.
Bununla əlaqədar CENTCOM-un başçısı, general Lloyd Ostin bəyan edib ki, ABŞ İordaniyalı pilotun sərbəst buraxılmasına yönəlmiş bütün səyləri dəstəkləyəcək. “İŞİD”lə mübarizədə İordaniya ABŞ-ın dəyərli tərəfdaşıdır”, deyə L.Ostin vurğulayıb.


Story Code: 428023

News Link :
https://www.islamtimes.org/az/news/428023/abş-iordaniyaya-məxsus-hərbi-təyyarənin-işid-tərəfindən-vurulduğunu-təkzib-edib

Islam Times
  https://www.islamtimes.org