0
Thursday 25 December 2014 - 11:30

ABŞ İordaniyaya məxsus hərbi təyyarənin “İŞİD” tərəfindən vurulduğunu təkzib edib

Story Code : 428023
ABŞ İordaniyaya məxsus hərbi təyyarənin “İŞİD” tərəfindən vurulduğunu təkzib edib
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Mərkəzi komandanlığı (CENTCOM) açıqlama yayıb.
“İordaniya hərbi-hava qüvvələrinə məxsus F-16 təyyarəsi Suriyanın şimalında Rakka şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot isə “İslam Dövləti” tərəfindən ələ keçirilib”, açıqlamada qeyd olunur.
Bununla əlaqədar CENTCOM-un başçısı, general Lloyd Ostin bəyan edib ki, ABŞ İordaniyalı pilotun sərbəst buraxılmasına yönəlmiş bütün səyləri dəstəkləyəcək. “İŞİD”lə mübarizədə İordaniya ABŞ-ın dəyərli tərəfdaşıdır”, deyə L.Ostin vurğulayıb.
Comment