QR CodeQR Code

Sionistlər bir ayda 100 uşağı həbs edib

4 Nov 2010 07:15

IslamTimes - “The Christian Science Monitor” qəzetinin yaydığı açıqlamada bildirilmişdir ki, sionist rejimi özbaşına olaraq oktyabr ayında Sivan rayonunda 100 fələstinli uşağı həbs edib.


Qüdsün işğal olunmuş şərq bölgəsində həbs olunmuş uşaqların əksəriyyəti 13 yaşdan aşağı olan uşaqlardır.
Sionist polisləri bildirmişlər ki, adı gedən bölgədə daş atdıqlarına və digər pozuntulara görə yalnız 40 nəfər həbs olunmuşdur.
Lakin insan haqları təşkilatının aldığı şikayətlərə əsasən isə, həbslərin çoxu heç də daş atmaqla və ya digər pozuntularla əlaqədar olmayıb. Uşaqlar evlərinə girərkən, oynadıqları ərazilərdən və hətta evlərindən gecə yarısı saat 3, 4 radələrində oğurlanıblar.
“Uşaqlar gecə yarısı birbaşa yataqlarından götürülərək, qandallanaraq valideynlərinin müşayiəti olmadan polis idarələrinə aparılır,”- deyə İsrail rejimi daxilində olan Vətəndaş Hüquqları üzrə Assosiasiya bəyan etmişdir. Mənbədə, həmçinin bildirilir ki, gənc və ya az yaşlılar polis zabitləri tərəfindən hədə qorxu və zorakı üsullarla sorğu-sual edilirlər. /Deyerler/


Story Code: 42815

News Link :
https://www.islamtimes.org/az/news/42815/sionistlər-bir-ayda-100-uşağı-həbs-edib

Islam Times
  https://www.islamtimes.org