QR CodeQR Code

Sionist İsrail rejimi Qəzza ilə sərhəddə qüvvələr toplayır

26 Dec 2014 12:22

IslamTimes - Sionist İsrail rejimi ordunun Dəmir Qübbə havadan müdafiə sisteminə aid 2 batareyanı Qəzza sərhədinə yaxın məntəqələrə yerləşdirdiyi bildirilib.


Bu barədə İsrail rejiminin ordu radiosundan verilən açıqlamada qeyd olunub.
Açıqlamada Dəmir Qübbə hava müdafiə sisteminə aid batareyalar Qəzza ilə sərhəddəki Beer Şeva (Birus-Səba) və Netivot sionist məskunlaşma məntəqələrinə yerləşdirildiyi qeyd olunub.
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sionist İsrail ordusunun açdığı atəş nəticəsində bir üzvünün öldürüldüyünü bildirməsindən sonra bölgədə gərgin bir şərait hökm sürür.
Qeyd edək ki, sionist İsrail əsgərləri dekabrın 24-də Qəzzanın cənubunda yerləşən Xan Yunus məntəqəsində HƏMAS-ın müşahidə məntəqəsinə hücum etmişdilər. Hücum nəticəsində İzzəddin Əl-Qəssam Briqadalarının komandirlərindən olan Təysir əs-Səmir şəhid olmuşdu. Hücumda 2 sionist əsgər də ağır yaralanmışdı. /Deyerler/


Story Code: 428220

News Link :
https://www.islamtimes.org/az/news/428220/sionist-israil-rejimi-qəzza-ilə-sərhəddə-qüvvələr-toplayır

Islam Times
  https://www.islamtimes.org