QR CodeQR Code

İsrail-Böyük Britaniya arasında qalmaqal

4 Nov 2010 17:51

IslamTimes - İsrail Böyük Britaniya ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə strateji dialoqu dayandırıb.


İsrail hökuməti Birləşmiş Krallığa gedən İsrail rəsmilərini həbs etmək cəhdinə cavab olaraq bu addımı atıb. Məlumatı İsrail XİN yayıb.
İsrail XİN bəyan edib ki, Britaniya hökuməti İsrail məmurlarının həbsi barədə order verilməsinə nəzarət etmək fikrindədir. Həmçinin İsrail rəsmiləri fələstinlilərin israilli hərbçi və məmurları həbs etdirmək üçün Britaniya məhkəmələrindən istifadə edə biləcəklərindən narahatlıqlarını ifadə ediblər.
Britaniya 2009-cu ilin dekabrında İsrailin keçmiş xarici işlər naziri Tsipi Livninin həbsi barədə order çıxarıb. Orderi London məhkəməsi fələstinli iddiaçıların iddiasına əsasən çıxarıb.
Bu il noyabrın əvvəlində İsrailin kəşfiyyat naziri Dan Meridor həbs olunacağından ehtiyatlandığı üçün Böyük Britaniyaya səfərini təxirə salıb. /apa/


Story Code: 42939

News Link :
https://www.islamtimes.org/az/news/42939/israil-böyük-britaniya-arasında-qalmaqal

Islam Times
  https://www.islamtimes.org