QR CodeQR Code

Prezidentin Yeni il müraciəti: “İstefaya gedirəm”

1 Jan 2015 16:02

IslamTimes - İtaliya Prezidenti Corco Napolitano xalqa Yeni il müraciətində tezliklə dövlət başçısı postundan istefa verəcəyini təsdiqləyib.


Axar.az RİA Novosti-yə istinadla bildirir ki, Napolitano “Güman edildiyi kimi, tezliklə istefa verəcəm”, - deyib.
2015-ci ilin iyun ayında 90 yaşı olacaq dövlət başçısı qeyd edib ki, bu qərarı şəxsən özü qəbul edib və bu, artıq vəzifəsini icra etməyə mane olan, məhdudiyyətlər və çətinliklər yaradan yaşı ilə bağlıdır.
Prezidentin sözlərinə görə, onun istefası İtaliyanın milli maraqlarına yönlənib. O, ümid edib ki, ölkənin siyasi qüvvələri yeni dövlət başçısı seçkilərinə məsuliyyətlə yanaşacaqlar.
Napolitani İtaliyanın tarixində ikinci müddətə seçilən ilk prezidentdir. O, 2013-cü ilin aprelində ikinci dəfə prezident seçildikdən dərhal sonra bildirmişdi ki, dövlər başçısı postundan vaxtından əvvəl gedə biləcəyi istisna deyil. Prezident o vaxt qeyd etmişdi ki, ikinci dəfə seçilməyə yalnız ölkə qarşısındakı məsuliyyət hissinə görə razılıq verib.


Story Code: 429639

News Link :
https://www.islamtimes.org/az/news/429639/prezidentin-yeni-il-müraciəti-istefaya-gedirəm

Islam Times
  https://www.islamtimes.org