0
Thursday 1 January 2015 - 16:02

Prezidentin Yeni il müraciəti: “İstefaya gedirəm”

Story Code : 429639
Prezidentin Yeni il müraciəti: “İstefaya gedirəm”
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, Napolitano “Güman edildiyi kimi, tezliklə istefa verəcəm”, - deyib.
2015-ci ilin iyun ayında 90 yaşı olacaq dövlət başçısı qeyd edib ki, bu qərarı şəxsən özü qəbul edib və bu, artıq vəzifəsini icra etməyə mane olan, məhdudiyyətlər və çətinliklər yaradan yaşı ilə bağlıdır.
Prezidentin sözlərinə görə, onun istefası İtaliyanın milli maraqlarına yönlənib. O, ümid edib ki, ölkənin siyasi qüvvələri yeni dövlət başçısı seçkilərinə məsuliyyətlə yanaşacaqlar.
Napolitani İtaliyanın tarixində ikinci müddətə seçilən ilk prezidentdir. O, 2013-cü ilin aprelində ikinci dəfə prezident seçildikdən dərhal sonra bildirmişdi ki, dövlər başçısı postundan vaxtından əvvəl gedə biləcəyi istisna deyil. Prezident o vaxt qeyd etmişdi ki, ikinci dəfə seçilməyə yalnız ölkə qarşısındakı məsuliyyət hissinə görə razılıq verib.
Comment