QR CodeQR Code

İŞİD-in gələcəklə bağlı amansız planı üzə çıxdı

7 Feb 2015 19:10

IslamTimes - Yaxın Şərqdə gizli bir mənbədən verilən məlumatda İŞİD-in gələcək planları açıqlanıb.


Axar.az CNN-ə istinadən xəbər verir ki, İŞİD-in sonrakı planlarında yeni girovlar əldə etmək üçün Livan və İordaniyaya hücum etməsi nəzərdə tutulub. Məlumatda İŞİD-in girovları Suriyaya apararaq yeni təbliğati video çarxlar hazırlayaraq dünyaya yayacağı da qeyd edilib.
CNN-in milli təhlükəsizlik məsələləri üzrə şərhçisi Mayk Roccer bu məsələyə rəy bildirərkən bunu mümkün məsələ kimi qiymətləndirib.
O bildirib ki, Suriyanı tərk etmiş qaçqınların çoxu Livan və İordaniya sərhədində yerləşdirilib. İŞİD belə halda qaçqın düşərgələrini tutmağa cəhd edə bilər.
ABŞ-ın istefaya çıxmış aviatoru Rik Frankona isə Suriyanın sərhədində və Şimali İordaniyada çoxlu İŞİD tərəfdarları olduğunu qeyd edib.
Ekspertlərə görə isə, digər narahatedici məsələ İŞİD-in girovları qul kimi satmağa hazırlaşmasıdır.
Mayk Roccer vurğulayıb ki, İŞİD-in bu planı sadəcə pul tələsidir və biz bu məsələ ilə bağlı heç bir səhvə yol verməməliyik.


Story Code: 438292

News Link :
https://www.islamtimes.org/az/news/438292/işid-in-gələcəklə-bağlı-amansız-planı-üzə-çıxdı

Islam Times
  https://www.islamtimes.org