0
Saturday 7 February 2015 - 19:10

İŞİD-in gələcəklə bağlı amansız planı üzə çıxdı

Story Code : 438292
İŞİD-in gələcəklə bağlı amansız planı üzə çıxdı
Axar.az CNN-ə istinadən xəbər verir ki, İŞİD-in sonrakı planlarında yeni girovlar əldə etmək üçün Livan və İordaniyaya hücum etməsi nəzərdə tutulub. Məlumatda İŞİD-in girovları Suriyaya apararaq yeni təbliğati video çarxlar hazırlayaraq dünyaya yayacağı da qeyd edilib.
CNN-in milli təhlükəsizlik məsələləri üzrə şərhçisi Mayk Roccer bu məsələyə rəy bildirərkən bunu mümkün məsələ kimi qiymətləndirib.
O bildirib ki, Suriyanı tərk etmiş qaçqınların çoxu Livan və İordaniya sərhədində yerləşdirilib. İŞİD belə halda qaçqın düşərgələrini tutmağa cəhd edə bilər.
ABŞ-ın istefaya çıxmış aviatoru Rik Frankona isə Suriyanın sərhədində və Şimali İordaniyada çoxlu İŞİD tərəfdarları olduğunu qeyd edib.
Ekspertlərə görə isə, digər narahatedici məsələ İŞİD-in girovları qul kimi satmağa hazırlaşmasıdır.
Mayk Roccer vurğulayıb ki, İŞİD-in bu planı sadəcə pul tələsidir və biz bu məsələ ilə bağlı heç bir səhvə yol verməməliyik.
Comment