QR CodeQR Code

“Taliban” silahlıları Əfqanıstanda qızlar məktəbini partladıblar

8 Feb 2015 12:49

IslamTimes - “Taliban” hərəkatının silahlıları Əfqanıstanın şərqindəki Nuristan əyalətində qızlar məktəbini partladıblar.


APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, silahlıların hücumuna həmçinin yerli xəstəxana məruz qalıb.  
Polisin məlumatına görə, silahlılar məktəbdə quraşdırdıqları güclü partlayıcı qurğunu işə salıblar. Baş vermiş güclü partlayış nəticəsində bina tamamilə uçub. Hadisə zamanı yüzlərlə Quran kitabının yandığı bildirilir. Qurbanların sayı barədə hələlik məlumat yoxdur.    
Qeyd edək ki, “Taliban” silahlıları bir neçə gün əvvəl bölgədə daha iki məktəbi partladıb, nəticədə mindən çox şagird təhsil almaq imkanından məhrum olub.  
“Taliban” silahlıları qızların təhsil almaq hüququna qarşı çıxır. 


Story Code: 438495

News Link :
https://www.islamtimes.org/az/news/438495/taliban-silahlıları-əfqanıstanda-qızlar-məktəbini-partladıblar

Islam Times
  https://www.islamtimes.org