0
Sunday 8 February 2015 - 12:49

“Taliban” silahlıları Əfqanıstanda qızlar məktəbini partladıblar

Story Code : 438495
“Taliban” silahlıları Əfqanıstanda qızlar məktəbini partladıblar
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, silahlıların hücumuna həmçinin yerli xəstəxana məruz qalıb.  
Polisin məlumatına görə, silahlılar məktəbdə quraşdırdıqları güclü partlayıcı qurğunu işə salıblar. Baş vermiş güclü partlayış nəticəsində bina tamamilə uçub. Hadisə zamanı yüzlərlə Quran kitabının yandığı bildirilir. Qurbanların sayı barədə hələlik məlumat yoxdur.    
Qeyd edək ki, “Taliban” silahlıları bir neçə gün əvvəl bölgədə daha iki məktəbi partladıb, nəticədə mindən çox şagird təhsil almaq imkanından məhrum olub.  
“Taliban” silahlıları qızların təhsil almaq hüququna qarşı çıxır. 
Comment