QR CodeQR Code

Bu dəfə Ərəb Baharının beşiyi sayılan Tunis qarışdı!

Deyerler , 9 Feb 2015 11:33

İslamtimes - Tunisin Liviya ilə sərhədi yaxınlığındakı Ben Qardane şəhərində təhlükəsizlik qüvvələrilə etirazçılar arasında qarşıdurmanın baş verdiyi bildirilib, - “Haber7”.


Tatavin şəhərinin Zəhibə rayonunda fevralın 8-də baş verən qarşıdurmada Sabir Melyan adlı bir nəfərin öldürülməsinə etiraz edən qrupa təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz bombası ilə müdaxilə edib. Etirazçılar Ras Cedir sərhəd keçid məntəqəsində əcnəbilərə tətbiq olunan verginin ləğv edilməsi üçün oturaq aksiyası keçirirdilər. Melyanın ölüm xəbərindən sonra yaranan qarşıdurmada polisin müdaxiləsi zamanı gözündən yaralanan bir gəncin də xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, Tunis 2014-cü ilin oktyabrından etibarən Ras Cedir sərhəd məntəqəsindən istifadə edən əcnəbilərdən (Liviyalılar da daxil olmaqla) vergi almağa başlamışdır. Liviya da eyni vergini ölkəyə gələn tunislilərə tətbiq etmişdir. Bu vəziyyət iki ölkə arasında ticarətə mənfi təsir etmişdi.


Story Code: 438672

News Link :
https://www.islamtimes.org/az/news/438672/bu-dəfə-ərəb-baharının-beşiyi-sayılan-tunis-qarışdı

Islam Times
  https://www.islamtimes.org