0
Monday 9 February 2015 - 11:33

Bu dəfə Ərəb Baharının beşiyi sayılan Tunis qarışdı!

Story Code : 438672
Bu dəfə Ərəb Baharının beşiyi sayılan Tunis qarışdı!
Bu dəfə Ərəb Baharının beşiyi sayılan Tunis qarışdı!
Tatavin şəhərinin Zəhibə rayonunda fevralın 8-də baş verən qarşıdurmada Sabir Melyan adlı bir nəfərin öldürülməsinə etiraz edən qrupa təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz bombası ilə müdaxilə edib. Etirazçılar Ras Cedir sərhəd keçid məntəqəsində əcnəbilərə tətbiq olunan verginin ləğv edilməsi üçün oturaq aksiyası keçirirdilər. Melyanın ölüm xəbərindən sonra yaranan qarşıdurmada polisin müdaxiləsi zamanı gözündən yaralanan bir gəncin də xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, Tunis 2014-cü ilin oktyabrından etibarən Ras Cedir sərhəd məntəqəsindən istifadə edən əcnəbilərdən (Liviyalılar da daxil olmaqla) vergi almağa başlamışdır. Liviya da eyni vergini ölkəyə gələn tunislilərə tətbiq etmişdir. Bu vəziyyət iki ölkə arasında ticarətə mənfi təsir etmişdi.
Source : Deyerler
Comment