QR CodeQR Code

Fransada məscidə irqçi təhdid

13 Nov 2010 18:49

IslamTimes - Fransanın Strasburq şəhərindəki "Əyyub Sultan" məscidinin rəhbərliyinə iki təhdid məktubu göndərilib.


"Avropa Azadlıq Hərəkatı" adlı irqçi bir qrup tərəfindən göndərilən təhdid məktublarından birindən ağ pudra çıxıb. Həmin maddənin göndərilməsində məqsəd, məscid idarəçilərini zəhərləmək olduğu üçün şübhəli zərf üzərində təhlükəsizlik işçiləri araşdırma aparır. Məscidə gələn məktubun birində Qurani-Kərimin yandırılmış vərəqinin qalıqlarının olduğu və məktubda ''Müsəlmanlar zaman varkən torpaqlarımızı tərk etsin'' sözləri yazılıb.
Qeyd edək ki, Fransada son 10 ay ərzində məscidlərə çoxlu sayda irqçi hücum edilib. Təkcə türklərin sıx yaşadığı Alsace bölgəsində məscidlərə son 11 ayda 13 irqçi hücum reallaşıb. /Deyerler/


Story Code: 44020

News Link :
https://www.islamtimes.org/az/news/44020/fransada-məscidə-irqçi-təhdid

Islam Times
  https://www.islamtimes.org