QR CodeQR Code

Hicablı müəllimə işdən qovuldu

Azadxeber , 25 Feb 2015 18:46

İslamtimes - Təhsil sistemində 3 ildən artıqdır ki, hansısa səbəblərdən həll edilməyən problemlərdən biri də hicab məsələsidir. Qanuni qadağaların olmamasına baxmayaraq, orta və ali məktəblərdə hicablı tələbələrin dərsdən kənarlaşdırılması, həmçinin müəllimələrin işdən azad edilməsi məsələsi bu gün də aktualdır.


Beyləqan rayon 6 saylı orta məktəbdə müəllimə kimi çalışan və hicablı olduğuna görə işdən azad edilən Günel Sadıqova da bu problemlə üzləşənlərdəndir. Şikayət edən müəllimə Təhsil Nazirliyinin xətti ilə imtahan verərək müəllimə kimi işləmək üçün Beyləqan rayonuna təyinat aldığını bildirir. Bu günə qədər iş fəaliyyətində heç bir nöqsana yol vermədiyini və kollektivdən razılıqdan başqa heç bir söz eşitmədiyini deyir. Günel Sadıqovanın sözlərinə görə 2011-ci ildən bu yana heç bir problemlə üzləşməsə də son bir neçə gün ərzində məktəb rəhbərliyinin təzyiqi ilə üzləşib. Belə ki, Beyləqan rayon 6 saylı orta məktəbin direktoru Hüseyn Abbasquliyev müəlliməyə məktəbə hicabla gəlməmək göstərişi verib. Günel Sadıqova Allahın vacibatını hər şeydən üstün tutaraq direktorun tapşırığını yerinə yetirməkdən imtina edib. Nəticədə isə direktordan eşitdiyi tək bir söz olub - hicablı olduğunuza görə işdən azad edilirsiniz. Müəllimənin işdən azad olunmasını isə direktor əmək məcəlləsinin 70-ci maddəsi ilə (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) əsaslandırıb.
Məktəbin direktoru Hüseyn Abbasquliyev özü də Günel Sadıqovanı hicablı olduğu üçün işdən azad etdiyini təsdiqləyib


Story Code: 443106

News Link :
https://www.islamtimes.org/az/news/443106/hicablı-müəllimə-işdən-qovuldu

Islam Times
  https://www.islamtimes.org