QR CodeQR Code

Şimali Koreya Cənubi Koreyaya hücum edib

23 Nov 2010 15:51

IslamTimes - Şimali Koreya artilleriyası Cənubi Koreyanın Sarı dənizdə sərhəd adalarından biri olan Yenpxendo adasını atəşə tutub.


“Reuters”in yaydığı məlumata görə, Cənubi Koreya hərbçiləri də cavab atəşi açıblar. Hazırda atışma davam edir, adaya azı 200 mərmi buraxılıb. Nəticədə 60-70 yaşayış evi yanıb.
KXDR-in hücumu nəticəsində Yenpxendo adasında Cənubi Koreyanın ən azı 1 dəniz piyadası ölüb, 3 hərbçisi isə ağır yaralanıb. Adada elektrik təchizatı pozulub, sakinlər bunkerlərə evakuasiya edilir. Cənubi Koreya hərbi təyyarələri ada üzərində keşik çəkir. Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın əməllərini təxribat adlandırıb və qoşunlarının atdığı atəşin özünümüdafiə xarakteri daşıdığını bəyan edib. Seulda hücumun Pxenyanın Cənubi Koreyanın hərbi təlimlərinə reaksiya olduğu istisna olunmur.
İnsidentlə bağlı olaraq, Cənubi Koreya hökuməti ölkədə müharibə təhlükəsinin ən yüksək səviyyəsini elan edib, dövlət başçısının məsləhətçiləri şurası yaradılıb. /ANS/


Story Code: 44948

News Link :
https://www.islamtimes.org/az/news/44948/şimali-koreya-cənubi-koreyaya-hücum-edib

Islam Times
  https://www.islamtimes.org