QR CodeQR Code

Facebook-dan daha bir yenilik

26 Mar 2015 11:01

IslamTimes - Tez-tez yeni xüsusiyyətlərlə istifadəçilərinə müxtəlif xidmətlər təqdim edən Facebook, üzvlərinin bir il əvvəl nə paylaşdığını göstərən bir funksiyasını işə salmağa hazırlaşır.


Şirkətin "On This Day" adını verdiyi xüsusi səhifədə üzvünün keçən illərdə “o gün” bölüşdüyü məzmunlar göstəriləcək.
Məsələn, istifadəçi 5 ildir ki Facebook sosial şəbəkəsinin üzvüdürsə, bu illər ərzində “o gün” hansı məzmunları bölüşdüyünü görə biləcək. Eyni zamanda tələb olunarsa bunu yoldaşları ilə də bölüşə biləcək.
Hələlik test mərhələsində olan proqramın həm internet, həm də mobil tətbiqi variantlarının dünya miqyasında hər kəsə təqdim olunacağı açıqlanıb. Mövzu ilə bağlı məzmunlar Facebookun "On This Day" səhifəsində yayımlanacaq.


Story Code: 450108

News Link :
https://www.islamtimes.org/az/news/450108/facebook-dan-daha-bir-yenilik

Islam Times
  https://www.islamtimes.org