QR CodeQR Code

Milli Şuranın mitinq keçirməsinə razılıq verilib

Report , 2 Apr 2015 18:44

İslamtimes - Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın müraciətini cavablandırıb


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, BŞİH-də Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və aprelin 5-də saat 15-00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, Milli Şura bundan öncəki mitinqini martın 15-də keçirib.


Story Code: 451629

News Link :
https://www.islamtimes.org/az/news/451629/milli-şuranın-mitinq-keçirməsinə-razılıq-verilib

Islam Times
  https://www.islamtimes.org