QR CodeQR Code

NATO Medvedevin təklifini rədd edib

26 Nov 2010 17:59

IslamTimes - NATO Rusiya prezidenti Dmitri Medvedevin vahid raket hücumundan müdafiə sisteminin yaradılmasına dair təklifini rədd edib.


Bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. NATO və Rusiyanın raket hücumundan müdafiə sistemlərinin birləşdirilməsi yerinə alyansın ekspertləri iki sistemin əməkdaşlıq imkanlarını araşdıracaqlarını vəd ediblər.
Xatırladaq ki, D. Medvedev vahid sistem yaratmaq təklifini NATO-nun noyabrın 20-21-də keçirilən Lissabon sammitində irəli sürüb. Bu təklifdə söhbət sektoral müdafiə sisteminin yaradılmasından gedir – Rusiya NATO-nu şərq istiqamətində, NATO isə Rusiyanı qərb istiqamətində müdafiə etməlidir. Lakin alyans bu planı həddən artıq geniş miqyaslı sayır. /apa/


Story Code: 45189

News Link :
https://www.islamtimes.org/az/news/45189/nato-medvedevin-təklifini-rədd-edib

Islam Times
  https://www.islamtimes.org