QR CodeQR Code

Cəmil Həsənli Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib

Nur.az , 17 Apr 2015 19:29

İslamtimes - Vicdan məhbusu, ilahiyyatçı Hacı Tale Bağırzadənin Bakı Apellyasiya məhkəməsində keçirilməli məhkəməsi baş tutmayıb.


Bu gün Milli Şuranın sədri Cəmil Həsənli vicdan məhbusu Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün Milli Şuranın sədri Cəmil Həsənli vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib. Vicdan məhbusu, ilahiyyatçı Hacı Tale Bağırzadənin Bakı Apellyasiya məhkəməsində keçirilməli məhkəməsi baş tutmayıb. Proses ilahiyyatçının qapalı tipli Qobustan həbsxanasına göndərilməsi qərarına verilmiş şikayət əsasında baş tutmalıydı. Prosesin təxirə düşməsinə səbəb isə, ilahiyyatçının məhkəməyə gəlməməsi olub. Qeyd edək ki, prosesi izləmək üçün məhkəməyə ruhaninin dostları, ictimai fəallar, həmçinin Milli Şuranın sədri Cəmil Həsənli də gedib.


Story Code: 455101

News Link :
https://www.islamtimes.org/az/news/455101/cəmil-həsənli-tale-bağırzadəyə-dəstək-məqsədilə-məhkəməyə-gedib

Islam Times
  https://www.islamtimes.org