QR CodeQR Code

Misirdə qanlı seçki

30 Nov 2010 10:04

IslamTimes - Toqquşmalarda 2 nəfər ölüb, 12 dairədə seçkilər dayandırılıb


Misirdə dünən parlament seçkiləri keçirilib. Prezident Hüsnü Mübarəkin rəhbəri olduğu Milli Demokratik Partiyanın seçkidə qalib gəldiyi bildirilir. Qanunsuz elan edilən və seçkilərdə müstəqil namizədlərlə iştirak edən müxalif Müsəlman Qardaşlar Hərəkatın neçə mandat qazandığı isə bəlli deyil. Seçki günü ölkənin bir çox məntəqələrində gərginlik yaşanıb. Qahirə və Münifiyyədə iki nəfər öldürülüb. Portsaid şəhərində də "Müsəlman Qardaşlar"la polis arasında toqquşma olub, 15 nəfər yaralanıb. 12 seçki dairəsində seçkilər dayandırılıb. Qeyd edək ki, Misirdə 518 yerlik parlamentin 508-inə deputatı xalq seçir, 10 deputatı isə prezident təyin edir. /trt/


Story Code: 45560

News Link :
https://www.islamtimes.org/az/news/45560/misirdə-qanlı-seçki

Islam Times
  https://www.islamtimes.org