QR CodeQR Code

Səudiyyə Ərəbistanı məğlub oldu

22 Apr 2015 23:26

IslamTimes - İran parlamentinin spikeri Yəməndə hərbi əməliyyatın dayandırılmasına belə münasibət bildirib


Dünya Ərəbistanın Yəmənə qarşı 27 günlük hücumları və onun başa çatmasının elan edilməsi bu ölkəyə qarşı hərbi əməliyyatların məğlubiyyəti idi. ANS PRESS-in məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani Məclisin plenar iclasında deyib. "Səudiyyə Ərəbistanı öz məqsədlərinə çata bilmədi. 27 günlük Yəmən müharibəsinin qalibi Yəmən xalqı oldu. Yəmən xalqı öz müqaviməti ilə təcavüzkarları peşman etdi. Yəmənin \"Skat\" raketlərinə malik olmasının Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid etməsi barədəki iddialar da gülüncdür. Əslində Səudiyyə Ərəbistanı öz silah-sursat anbarlarını ABŞ və Fransadan aldığı silahlarla doldurmaqla, digər ölkələr üçün təhdid sayıla bilər", - Laricani belə deyib. Əli Laricani həmçinin bildirib ki, İran hücumların başlandığın andan etibarən onların İsrailin maraqlarına xidmət etdiyini bəyan edib.


Story Code: 456086

News Link :
https://www.islamtimes.org/az/news/456086/səudiyyə-ərəbistanı-məğlub-oldu

Islam Times
  https://www.islamtimes.org