0
Wednesday 22 April 2015 - 23:26

Səudiyyə Ərəbistanı məğlub oldu

Story Code : 456086
Səudiyyə Ərəbistanı məğlub oldu
Dünya Ərəbistanın Yəmənə qarşı 27 günlük hücumları və onun başa çatmasının elan edilməsi bu ölkəyə qarşı hərbi əməliyyatların məğlubiyyəti idi. ANS PRESS-in məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani Məclisin plenar iclasında deyib. "Səudiyyə Ərəbistanı öz məqsədlərinə çata bilmədi. 27 günlük Yəmən müharibəsinin qalibi Yəmən xalqı oldu. Yəmən xalqı öz müqaviməti ilə təcavüzkarları peşman etdi. Yəmənin \"Skat\" raketlərinə malik olmasının Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid etməsi barədəki iddialar da gülüncdür. Əslində Səudiyyə Ərəbistanı öz silah-sursat anbarlarını ABŞ və Fransadan aldığı silahlarla doldurmaqla, digər ölkələr üçün təhdid sayıla bilər", - Laricani belə deyib. Əli Laricani həmçinin bildirib ki, İran hücumların başlandığın andan etibarən onların İsrailin maraqlarına xidmət etdiyini bəyan edib.
Comment