QR CodeQR Code

Braziliyadan İsrailə sarsıdıcı zərbə

4 Dec 2010 09:24

IslamTimes - Braziliya Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyıb


Braziliya prezidenti Luis İnasiu Lula da Silva Fələstin Milli Muxtariyyətinin sədri Mahmud Abbasa göndərdiyi məktubda Fələstin dövlətini 1967-ci il müharibəsindən əvvəlki sərhədlərdə tanıdığını bəyan edib.
«Braziliyanın Fələstini dəstəkləmə məsələsindəki prinsiplərinə uyğun olaraq ölkəmiz Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyır», deyə da Silvanın məktubunda bildirilir.
Xatırladaq ki, 1967-ci il sərhədlərinə görə Şərqi Qüds Fələstin dövlətinə keçməlidir. Lakin İsrail Qüdsü özünün «əbədi və bölünməz» paytaxtı elan edib.


Story Code: 45831

News Link :
https://www.islamtimes.org/az/news/45831/braziliyadan-israilə-sarsıdıcı-zərbə

Islam Times
  https://www.islamtimes.org