QR CodeQR Code

İran XİN: "Rəsmi Tehran vahid və bölünməyən İraqa dəstək verəcək"

7 May 2015 22:40

IslamTimes - İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, İran vahid, müstəqil və federativ İraqa dəstək verəcək.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əmir-Əbdullahiyan qeyd edib ki, rəsmi Tehran Bağdadın terrora qarşı mübarizəsini qətiyyətli şəkildə dəstəkləyir və bu ölkənin bütün vətəndaşlarına o, cümlədən də kürdlərə, sünnilərə və Əhli-beyt (ə) davamçılarına yardım göstərir.
"Suriyada və Yəməndə terrorçuların fəaliyyətinə məhəl qoyulmasa, bu İraq və region üçün neqativ nəticələr gətirəcək", - deyə o, bildirib.
İran XİN rəhbərinin müavini onu da həmçinin əlavə edib ki, İranın nüvə proqramı region dövlətlərinin heç birinə qarşı yönəlməyib. /Deyerler/


Story Code: 459186

News Link :
https://www.islamtimes.org/az/news/459186/iran-xin-rəsmi-tehran-vahid-və-bölünməyən-iraqa-dəstək-verəcək

Islam Times
  https://www.islamtimes.org