0
Thursday 7 May 2015 - 22:40

İran XİN: "Rəsmi Tehran vahid və bölünməyən İraqa dəstək verəcək"

Story Code : 459186
İran XİN: "Rəsmi Tehran vahid və bölünməyən İraqa dəstək verəcək"
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əmir-Əbdullahiyan qeyd edib ki, rəsmi Tehran Bağdadın terrora qarşı mübarizəsini qətiyyətli şəkildə dəstəkləyir və bu ölkənin bütün vətəndaşlarına o, cümlədən də kürdlərə, sünnilərə və Əhli-beyt (ə) davamçılarına yardım göstərir.
"Suriyada və Yəməndə terrorçuların fəaliyyətinə məhəl qoyulmasa, bu İraq və region üçün neqativ nəticələr gətirəcək", - deyə o, bildirib.
İran XİN rəhbərinin müavini onu da həmçinin əlavə edib ki, İranın nüvə proqramı region dövlətlərinin heç birinə qarşı yönəlməyib. /Deyerler/
Comment