QR CodeQR Code

"Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm"

5 Dec 2010 08:57

IslamTimes - Fələstinlilərin prezidenti Mahmud Abbas İsraillə sülh razılığı əldə edilmədiyi halda, Fələstin İdarəsinin buraxılmasının mümkünlüyü məsələsini qaldırıb.


APA-nın voanews.com saytına isitnadən verdiyi xəbərə görə, televiziyada yayımlanan müsahibədə Mahmud Abbas deyib ki, İsrail işğal olunmuş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmasa və ABŞ-ın vasitəçiliyi ilə danışıqlar baş tutmasa, o, fələstinlilərin bu ərazilərdə özünü-idarəsinə son qoyulmasına çalışacaq. Mahmud Abbas söhbət əsnasında təcavüzkar İsrailin İordan çayının Qərb sahilinin işğalına da toxunub. Fələstin İdarəsi 1993-cü ildə Oslo sülh müqaviləsinə əsasən yaradılmışdı. Ona İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının Qərb sahili və Qəzza zolağının ərazilərində sülh razılığı əldə edilənə qədər iradəedici səlahiyyətlər verilib.


Story Code: 45971

News Link :
https://www.islamtimes.org/az/news/45971/mövcud-olmayan-hakimiyyətin-prezidenti-kimi-qala-bilmərəm

Islam Times
  https://www.islamtimes.org