QR CodeQR Code

Avropadan Qəzzaya humanitar yardım gəmiləri gedir

15 May 2015 23:10

IslamTimes - Sionist İsrail rejiminin Qəzza mühasirəsini qırmaq üçün Norveç və İsveçdən humanitar yardım məhsullarını daşıyan gəmilərin Qəzzaya doğru hərəkətə keçdikləri bildirilib.


Dərman və tibb ləvazimatları ilə yanaşı günəş enerjisindən istifadə edilən avadanlıqların olduğu iki yardım gəminin digər yardım gəmilərinin karvanına qoşulacağı bildirilib. Bu arada Avropa Təşəbbüsü, Qəzzaya tətbiq olunan mühasirəni dənizdən qırmaq məqsədilə yayda yola salmağı düşündükləri Üçüncü Azadlıq Donanması üçün siyasi və diplomatik dəstəyi artırmağa səy göstərdiklərini bildiriblər. Qəzza Mühasirəsini Qırmaq Üçün Avropa Təşəbbüsü üzvlərindən Xamis Kert üçüncü donanmanın hazırlıq işləri barədə məlumat verərək doqquz ildir blokada şəraitində olan Qəzzadakı vəziyyətlə bağlı nümayəndə heyətinin dünən Brüsseldə bir qrup avropalı deputatla yanaşı müxtəlif siyasi partiya nümayəndələri ilə görüşdüklərini söyləyib. /Deyerler/


Story Code: 461083

News Link :
https://www.islamtimes.org/az/news/461083/avropadan-qəzzaya-humanitar-yardım-gəmiləri-gedir

Islam Times
  https://www.islamtimes.org