QR CodeQR Code

Afinada həyat dayandı

8 Dec 2010 12:37

IslamTimes - Bu gün Yunanıstan paytaxtı Afinada növbəti dəfə 24 saatlıq tətil başlanılır.


Milli.Az «İTAR-TASS»a istinadən xəbər verir ki, tətildə ictimai nəqliyyatda çalışan insanlar iştirak edir. Həmkarlar ittifaqı təşkilatlarından bildiriblər ki, 24 saat ərzində heç bir marşruta avtobus, trolleybus, tramvay, metro və yerüstü elektrik qatarı çıxmayacaq. Yunanıstan Dəmir Yolu Təşkilatının kollektivi də tətilə qoşulub.
Tətilə səbəb hökumətin Afinanın ictimai nəqliyyat strukturunda ciddi dəyişikliklər etmək qərarıdır. Dəyişikliyə əsasən, ictimai nəqliyyatın biletlərinə ayrılan 70%-lik dövlət subsidiyasının 50%-ə endirilməsi nəzərdə tutulub.


Story Code: 46221

News Link :
https://www.islamtimes.org/az/news/46221/afinada-həyat-dayandı

Islam Times
  https://www.islamtimes.org