QR CodeQR Code

Azərbaycan Türkiyə ilə birgə hərbi texnika istehsal edəcək

8 Dec 2010 16:03

IslamTimes - Azərbaycan gələn il Türkiyə ilə bir neçə adda hərbi texnikanın birgə istehsalını həyata keçirəcək.


Hərbi mənbələrdən verilən məlumata görə, artıq birgə istehsal layihələrinə dair tərəflər arasında razılaşma əldə olunub.
Zirehli texnikaların müştərək istehsalına dair Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “Otokar” şirkəti arasında oktyabr ayının sonlarında niyyət protokolu imzalanıb. Razılaşma çərçivəsində hərbi texnikalar lisenziya əsasında və zəruri hissələri Türkiyədən idxal olunmaqla istehsal ediləcək.
Dekabrın sonlarında isə Azərbaycan və Türkiyə heyətləri arasında Bakıda müdafiə sənayesi sahəsində bəzi perspektiv layihələrin müzakirəsi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə müştərək olaraq bəzi atıcı silahların və döyüş sursatlarının istehsalını həyata keçirir. /apa/


Story Code: 46234

News Link :
https://www.islamtimes.org/az/news/46234/azərbaycan-türkiyə-ilə-birgə-hərbi-texnika-istehsal-edəcək

Islam Times
  https://www.islamtimes.org