QR CodeQR Code

İşğalçı İsrail Qəzzanı bombalayıb

8 Dec 2010 16:34

IslamTimes - Bu gecə İsrail aviasiyası Qəzza sektorunu bombalayıb.


"İslamTimes"-ın "PressTV"-yə istinadən verdiyi məlumata əsasən İşğalçı İsrail rejimi yenidən Qəzzanın cənub məntəqələrini bombalayıb.
İsrail qırıcıları Xan Yunus rayonunu hədəfə alıblar. Onlar bu məntəqə üzərindəki uçuşlardan sonra Rəfəh şəhərindəki tunellərə də raket zərbələri endiriblər.
Nəzərinizə çatdıraq ki, Qəzzanın İsrail tərəfindən mühasirə edilməsi bu məntəqədəki 1,5 milyon insanı yemək-içmək, yanacaq və sair gündəlik istifadə olunan əşyalardan məhrum edib. İsrailin bombaladığı tunellər isə fələstinlilərin Misirdən Qəzzaya ərzaq məhsulları gətirməsi uçun qazılıb.
Yəhudi rejimi müdafiəsiz fələstinliləri terrorist kimi tanıtdıraraq bu ölkəyə hava zərbələri endirir. Braziliya və Argentina dövlətlərinin Fələstin dövlətini rəsmi şəkildə tanıması İsraili daha da vəhşiləşdirib. 
Onlar bu dəfə silahlıları aradan qaldırmaq bəhanəsi ilə Qəzzanı bombalayıblar. Hələ ki, ölənlər və yaralılar haqda rəsmi məlumat verilmir.


Story Code: 46236

News Link :
https://www.islamtimes.org/az/news/46236/işğalçı-israil-qəzzanı-bombalayıb

Islam Times
  https://www.islamtimes.org