0
Wednesday 8 December 2010 - 16:34

İşğalçı İsrail Qəzzanı bombalayıb

Story Code : 46236
İşğalçı İsrail Qəzzanı bombalayıb
İşğalçı İsrail Qəzzanı bombalayıb
"İslamTimes"-ın "PressTV"-yə istinadən verdiyi məlumata əsasən İşğalçı İsrail rejimi yenidən Qəzzanın cənub məntəqələrini bombalayıb.
İsrail qırıcıları Xan Yunus rayonunu hədəfə alıblar. Onlar bu məntəqə üzərindəki uçuşlardan sonra Rəfəh şəhərindəki tunellərə də raket zərbələri endiriblər.
Nəzərinizə çatdıraq ki, Qəzzanın İsrail tərəfindən mühasirə edilməsi bu məntəqədəki 1,5 milyon insanı yemək-içmək, yanacaq və sair gündəlik istifadə olunan əşyalardan məhrum edib. İsrailin bombaladığı tunellər isə fələstinlilərin Misirdən Qəzzaya ərzaq məhsulları gətirməsi uçun qazılıb.
Yəhudi rejimi müdafiəsiz fələstinliləri terrorist kimi tanıtdıraraq bu ölkəyə hava zərbələri endirir. Braziliya və Argentina dövlətlərinin Fələstin dövlətini rəsmi şəkildə tanıması İsraili daha da vəhşiləşdirib. 
Onlar bu dəfə silahlıları aradan qaldırmaq bəhanəsi ilə Qəzzanı bombalayıblar. Hələ ki, ölənlər və yaralılar haqda rəsmi məlumat verilmir.
Comment