QR CodeQR Code

Əfqanıstanda son əməliyyat: 27 Talibançı öldürüldü

23 May 2015 18:00

IslamTimes - Əfqanıstanın şimalındakı Cevizcan vilayətinin Akça mahalında təxminən iki həftədir davam edən əməliyyatlarda 27 Taliban üzvü öldürülüb.


Axar.az xəbər verir ki, vilayətin bir neçə kəndində əməliyyatın sona çatdığını elan edən təhlükəsizlik qüvvələri 30-dan çox terrorçunun isə yaralandığını açıqlayıb.
Yerli məmurların sözlərinə görə, 2 həftə davam edən əməliyyatlarda 3 min ailə öz evini tərk edib.
Bu əməliyyatlardan hökumət qüvvələri də itkisiz ötüşməyib. Son iki həftədə 17 ordu mənsubu öldürülüb, 5 nəfər isə yaralanıb. 4 tank isə terrorçular tərəfindən sıradan çıxarılıb.


Story Code: 462613

News Link :
https://www.islamtimes.org/az/news/462613/əfqanıstanda-son-əməliyyat-27-talibançı-öldürüldü

Islam Times
  https://www.islamtimes.org