QR CodeQR Code

NATO-ya qarşı döyüşən azərbaycanlılara hökm oxunub

9 Dec 2010 07:45

IslamTimes - Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə NATO qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşları - İsmayılov Rəşad, Məmmədov İlqar və Musayev Raminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Pakistan və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşları - İsmayılov Rəşad Müseyib oğlu, Məmmədov İlqar Məzahir oğlu və Musayev Ramin Xanoğlan oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Rəşad İsmayılov 5 il, Ramin Musayev 3 il, İlqar Məmmədov 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 12.1-ci və 279.1-ci maddələri ilə ittiham olunublar.
İttiham görə, təqsirləndirilən şəxslər Pakistan və Əfqanıstanda silahlı birləşmələrin tərkibində NATO qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər. Rəşad Məmmədov döyüşlərin birində yaralanıb. Hər üç şəxs Pakistan hüquq-mühafizə orqanları tərəfindən tutularaq Azərbaycana təhvil veriliblər.


Story Code: 46328

News Link :
https://www.islamtimes.org/az/news/46328/nato-ya-qarşı-döyüşən-azərbaycanlılara-hökm-oxunub

Islam Times
  https://www.islamtimes.org