QR CodeQR Code

"Müharibə vəziyyəti elan edəcəyəm"

Nur.az.com , 29 May 2015 20:21

Islamtimes - Ukraynanın prezidenti Petro Poroşenko seçilməsinin 1-ci ildönümü münasibəti ilə tele-kanallardan birində “Poroşenkonun ili” adlı proqramda çıxış edib. Poroşenko atəşkəs və sərhəd pozulacağı təqdirdə müharibə mövqeyinə keçəcəyini bildirib.


“Əgər atəşkəs pozulsa, sərhəd keçilsə və Ukrayna silahlı qüvvələri hücuma məruz qalsa o anda ölkədə müharibə vəziyyəti elan edəcəyəm”.

Ötən ildən bəri şərqdə vəziyətin tamamilə dəyişildiyini deyən Ukrayna prezidenti, döyüş təcrübəsi olan minlərlə rus silahlısının Ukrayna torpaqlarına girdiyini, bununla yanaşı müharibənin gedişinin dəyişildiyini, Rusiyanın dəstəklədiyi və nəzarət etdiyi separatçılarla döyüşün Rusiya ilə müharibəyə çevrildiyini bildirib.

Rusiyanın ilkin mərhələdə Ukraynanın Xarkov, Dneprpetrovsk, Donetsk, Luqansk, Zaparojye, Xerson, Nikolayev, Odessa və Krımdan ibarət 9 bölgəni “Novorusiya” tavanı altında birləşdirmək istədiyini deyən Poroşenko bunun uğursuz olduğunu qeyd edib.


Story Code: 463870

News Link :
https://www.islamtimes.org/az/news/463870/müharibə-vəziyyəti-elan-edəcəyəm

Islam Times
  https://www.islamtimes.org