0
Friday 29 May 2015 - 20:21

"Müharibə vəziyyəti elan edəcəyəm"

Story Code : 463870
"Müharibə vəziyyəti elan edəcəyəm"
"Müharibə vəziyyəti elan edəcəyəm"
“Əgər atəşkəs pozulsa, sərhəd keçilsə və Ukrayna silahlı qüvvələri hücuma məruz qalsa o anda ölkədə müharibə vəziyyəti elan edəcəyəm”.

Ötən ildən bəri şərqdə vəziyətin tamamilə dəyişildiyini deyən Ukrayna prezidenti, döyüş təcrübəsi olan minlərlə rus silahlısının Ukrayna torpaqlarına girdiyini, bununla yanaşı müharibənin gedişinin dəyişildiyini, Rusiyanın dəstəklədiyi və nəzarət etdiyi separatçılarla döyüşün Rusiya ilə müharibəyə çevrildiyini bildirib.

Rusiyanın ilkin mərhələdə Ukraynanın Xarkov, Dneprpetrovsk, Donetsk, Luqansk, Zaparojye, Xerson, Nikolayev, Odessa və Krımdan ibarət 9 bölgəni “Novorusiya” tavanı altında birləşdirmək istədiyini deyən Poroşenko bunun uğursuz olduğunu qeyd edib.
Source : Nur.az.com
Comment